Kriminal
Suraxanıda iki nəqliyyat vasitəsi toqquşdu - Xəsarət alan var
Bakı şəhəri, Suraxanı rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil ilə "Hyundai Tucson" markalı maşın toqquşub. Hadisə nəticəsində VAZ-2107-nin sürücüsünün xəsarət aldığı bildirilib. Sözügedən hadisədən görüntünü təqdim edirik:
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az