Dünya
Kamçatkada zəlzələ baş verib
Kamçatka yarımadasında 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsindən məlumat verilib. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskdan 232 km məsafədə baş verib. Zəlzələnin ocağı 40.5 km dərinlikdə yerləşib. Fövqəladə Hallar Nazirliyinin Regional Mətbuat Xidməti xəsarət alanın olmadığını bildirib.
Mənbə
oxu.az