Dünya

Mask "Tesla Semi" yük maşınlarının kütləvi istehsalına başlanacağını elan etdi

09 Feb 2026, 08:56 2 baxış
Mask "Tesla Semi" yük maşınlarının kütləvi istehsalına başlanacağını elan etdi
"Tesla" şirkətinin rəhbəri İlon Mask "Tesla Semi" elektrik yük maşınının kütləvi istehsalına 2026-cı ildə başlanacağını açıqlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, İ.Mask bu barədə sosial şəbəkə hesabında yazıb. Avtomobil istehsalçısının rəsmi veb-saytında qeyd olunur ki, yük maşını birdəfəlik şarjla ilə 800 kilometrədək məsafə qət edə bilər. Bundan başqa, "Tesla" şarj cihazları 30 dəqiqə ərzində 60%-ə qədər məsafə getmək üçün enerjini bərpa edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər