Dünya

Livanda beşmərtəbəli binanın uçması nəticəsində altı nəfər həlak olub

09 Feb 2026, 01:16 2 baxış
Livanda beşmərtəbəli binanın uçması nəticəsində altı nəfər həlak olub
Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın uçması nəticəsində azı altı nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə sosial şəbəkə hesabında bildirib. "Dağıntılar altında altı meyit tapılıb, yeddi nəfər sağ çıxarılaraq, xəstəxanaya aparılıblar. Xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər", - deyə o qeyd edib. Hadisə baş verən ərazidə digər binalardan da sakinlərin təxliyəsi aparılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər