Kriminal

İki həmkəndlinin mübahisəsi ölümlə nəticələndi - Göygöldəki qətlin təfərrüatı

08 Feb 2026, 23:12 1 baxış
İki həmkəndlinin mübahisəsi ölümlə nəticələndi - Göygöldəki qətlin təfərrüatı
Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatı məlum olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar. Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib. Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər