Kriminal

Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var

08 Feb 2026, 23:36 1 baxış
Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var
Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonu Sabirkənd kəndi ərazisində qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altu Mustafayev hadisə yerində ölüb. Avtomobilin sürücüsü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Eyvaz oğlu Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Vüqar oğlu Əsgərov xəsarət alıblar. Faktla bağlı araşdırma başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər