Digər
Maduronun oğlu atası ilə ilk dəfə danışdı
Venesuela Prezidenti Nikolas Maduronun oğlu Ernesto Maduro Gerra ABŞ tərəfindən atasının oğurlanmasından sonra onunla ilk dəfə telefonla danışıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, Maduronun xalqa müraciətini çatdırıb.
“Bu gün biz bir ailəyik və qayıdanda hər birinizi şəxsən qucaqlayıb öpəcəyəm”, - deyə Maduronun oğlu bildirib.
Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayaraq ölkədən aparıb.
Mənbə
axar.az