Cəmiyyət

Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO

15 Aug 2026, 15:44 1 baxış
Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO
Oğuz rayonundan axan çaylarda sel və daşqınlara qarşı mübarizə çərçivəsində tədbirlər görülür. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, avqustun 13-ü axşam yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsi artıb və bu da yaşayış məntəqələri və əkin sahələri üçün real təhlükə yaradıb. Hazırda idarənin 7 ədəd ağır texnikası Qalaçay sisteminə cəlb olunub. Belə ki, həmin çayın keçdiyi və ən çox təhlükə yaranan Yemişənli, Ərmənət, Dəymədərə və Xaçmaz kəndləri ərazisində sel sularından mühafizə işləri həyata keçirilir. O da qeyd olunub ki, rayon ərazisində olan yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq çayların məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri paralel aparılır.
{{gallery}}
Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO Oğuzda daşqınların qarşısını almaq üçün ağır texnikalar cəlb edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər