Cəmiyyət

İmişlidə ağır qəza: ölən var

15 Aug 2026, 15:28 1 baxış
İmişlidə ağır qəza: ölən var

İmişli rayonunda 2 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən gecə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Tural Xəlilovun idarə etdiyi VAZ markalı avtomobil digər minik avtomobili ilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yoldan kənara düşüb.


Qəza nəticəsində VAZ-ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər