Digər
Şərq-Qərb magistralı bu tarixədək hazır olacaq - Kobaxidze
Gürcüstanın strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı funksiyasını, tranzit funksiyasını inkişaf etdirməkdir.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə müsahibəsində bildirib.
Hökumət başçısı qeyd edib ki, bunun üçün çox böyük investisiyalar qoyulur.
“Planımıza görə, 2030-cu ilin sonuna qədər yolun ( "Orta Dəhliz"in bir hissəsi olan və Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb magistralı) demək olar ki, bütün əsas hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tamamlanacaq”, - deyə İrakli Kobaxidze bildirib.
Mənbə
axar.az