Digər
İran ABŞ-la danışıqların müzakirəsinə başlayır
İran parlamenti (birpalatalı) fevralın 9-da ölkənin ABŞ ilə nüvə məsələsilə bağlı danışıqların birinci mərhələsinin aralıq nəticələrini nəzərdən keçirmək üçün iclas keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Müqtədai məlumat verib.
"Sabah Məclis İran İslam Respublikası ilə ABŞ arasında danışıqların gedişatını qapalı iclasda nəzərdən keçirəcək. İranın xarici işlər naziri Abbas Əraqçinin iclasda iştirak edəcəyi ehtimal olunur", - o qeyd edib.
Mənbə
axar.az