Digər

Yaponiyada seçkilər: Takaiçi qalib gəlir

08 Feb 2026, 16:13 2 baxış
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir

NHK televiziya kanalının keçirdiyi “exit-poll” sorğusunun nəticələrinə əsasən Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiyası Nümayəndələr Palatasında üstünlüyü təmin edib.


Axar.az xəbər verir ki, növbədənkənar seçkilərlə əlaqədar səsvermə prosesi yerli vaxtla saat 20:00-da başa çatıb.


Hazırda səslərin sayılması prosesi gedir.


Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkisi keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir. Hakim LDP seçkiyə Yaponiya İnnovasiya Partiyası ilə koalisiya ilə gedib. Parlamentdə çoxluq qazanmaq üçün ən azı 233 yerə sahib olmaq lazımdır. Təxminən 70 il Yaponiyada hakimiyyətdə olan LDP bu seçkidə həm də daha güclü müxalifətlə mübarizə aparıb. Partiyanın 26 illik koalisiya ortağı olan Komeito Partiyası ötən ilin oktyabrından müxalif Konstitusiya Demokrat Partiyası ilə parlamentdə əsas müxalifət blokunu yaradıb.

Mənbə axar.az

Oxşar Xəbərlər