Digər
Rusiyanın bu şəhəri PUA hücumuna məruz qaldı
Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri PUA hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə şəhər meriyasından məlumat verilib.
“Gelencikdə sirenlər işə salınıb. PUA hücumu dəf edilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Krasnodar hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Mənbə
axar.az