Digər

Maçado ABŞ-ın Venesuelada hədəflərinə mane olur - KİV

08 Feb 2026, 15:05 2 baxış
Maçado ABŞ-ın Venesuelada hədəflərinə mane olur - KİV

Ağ Ev müşavirləri və ABŞ Prezidenti Donald Trampa yaxın şəxslər Venesuela müxalifət lideri Mariya Korina Maçadonun hərəkətlərindən qıcıqlanıblar. Onların fikrincə, Maçado ABŞ-ın Venesuela ilə bağlı səylərini sarsıda bilər.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.


“ABŞ-ın Latın Amerikası ölkəsindəki əməliyyatının müxalifət lideri ilə heç bir əlaqəsi yox idi. Bu, ABŞ-ın milli təhlükəsizlik əməliyyatı idi. Maçado Vaşinqtonun milli təhlükəsizlik məqsədlərinə qarşı çıxır”, - mənbə nəşrə açıqlamasında deyib.

Mənbə axar.az

Oxşar Xəbərlər