Kriminal

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

07 Feb 2026, 19:35 2 baxış
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə olub.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.


Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb.


Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.


Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.


Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər