Kriminal

"İdrak" liseyində müəllimini güllələyən şagird barədə qərar verildi

07 Feb 2026, 16:22 2 baxış
"İdrak" liseyində müəllimini güllələyən şagird barədə qərar verildi
Binəqədi Rayon Məhkəməsində Bakıdakı "İdrak" liseyində müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Oxu.Az-ın məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Ə.Ş. barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, fevralın 6-da Bakıdakı "İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi Ə.Ş. tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş. saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər