Kriminal
Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq öldü
Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq ölüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az