Kriminal

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

07 Feb 2026, 01:07 1 baxış
ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.


Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.


7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.


Hazırda o, reanimasiyaya yerləşdirilib.


Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər