Dünya

ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirdi

06 Feb 2026, 22:48 2 baxış
ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirdi
ABŞ İran nefti və neft məhsullarının ticarəti ilə əlaqəli olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. Oxu.Az ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir. Sanksiya siyahısına iki fiziki şəxs, 15 şirkət və 14 təşkilat daxil edilib. Qurumun məlumatında qeyd edilir ki, məhdudiyyətlər İran mənşəli xam neft və neft məhsulları ilə əməliyyatlarda iştirak edən struktur və şəxslərə şamil olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər