Dünya
"Hizbullah"ın kəşfiyyat rəhbəri vəzifəsini tərk etdi
"Hizbullah" hərəkatının kəşfiyyat rəhbəri Vafik Safa tutduğu vəzifəni tərk edib. Oxu.Az bu barədə "Janoubia" xəbər portalına istinadən xəbər verir. Məlumata görə, təşkilat rəhbərliyi elə həmin gün onun istefa ərizəsini qəbul edib. Mənbələr Safanın gedişini yanvar ayında hərəkatda aparılan və onun rəhbərlik etdiyi xüsusi bölməyə də təsir edən restrukturizasiya ilə əlaqələndirirlər. Safanın səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılsa da, o, işdən çıxarılmamışdı. Portalın məlumatına görə, onun vəzifələri müvəqqəti olaraq Hac Sacid adı ilə tanınan Hüseyn Baradəyə verilib.
Mənbə
oxu.az