Siyasət

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye

06 Feb 2026, 19:52 2 baxış
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. Oxu.Az Vüsal Nəsirlinin dosyesini təqdim edir: Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib. 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Sözügedən təyinata qədər o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Evlidir, iki övladı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər