Dünya
Filippində tropik qasırğa: Ölənlər var
Filippində "Basyanq" tropik fırtınasının yaratdığı torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb. Məlumata görə, Mindanao adasındakı Kaqayan-de-Oro şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib və fərdi ev dağılıb. Nəticədə evdə ikisi uşaq olmaqla dörd nəfərin hamısı ölüb.
Mənbə
oxu.az