Siyasət

Peter Staray Azərbaycana gəlir

06 Feb 2026, 18:13 2 baxış
Peter Staray Azərbaycana gəlir

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray Azərbaycana səfər edəcək.


Axar.az APA-ya istinadən xəbər verir ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasında iştirak edəcək.


Qeyd edək ki, bu il martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.


Xatırladaq ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər