Dünya
Türkiyə prezidenti: "Üç il əvvəlki zəlzələlər iqtisadiyyatımıza ümumilikdə 150 milyard dollar zərər vurub"
"2023-cü il fevralın 6-da meydana gələn zəlzələlərin Türkiyə iqtisadiyyatına birbaşa zərəri ümumilikdə 150 milyard dollar olub". Oxu.Az-ın Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il fevralın 6-da meydana gələn dağıdıcı zəlzələlərin üçüncü ildönümünə həsr olunan "Türkiyəmin gücünə bax" adlı tədbirdə deyib. Prezident bildirib ki, Türkiyə dövləti bu çətinliyin öhdəsindən qətiyyətlə gəlməyi bacarıb: "Allahın izni ilə "Cumhur İttifaqı" və iqtidar olaraq verdiyimiz sözü tutduq və ayağa qalxmağı bacardıq". "Anım günləri itkiləri xatırlamaq və millət olaraq gələcəyə baxmaq üçündür. Təəssüf ki, buna baxmayaraq ana müxalifət rəhbəri neçə gündür çirkin şəkildə bizi hədəf alır. Halbuki siyasətçi işləri ilə danışmalıdır. Amma işi olmayanda, CHP sədri kimi sadəcə ona-buna sataşaraq günü başa vurmağa çalışırsan", - deyə R.T.Ərdoğan bildirib.
{{gallery}} Mərahim Nəsib
{{gallery}} Mərahim Nəsib
Mənbə
oxu.az