Kriminal
Tovuzda yanğın olan evdə 84 yaşlı kişinin meyiti tapılıb
Tovuzda yanğın hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az