Kriminal

16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub

06 Feb 2026, 16:36 1 baxış
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub
Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M.-in yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F.M.-i kəsici-deşici alətlə qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb
Mənbə oxu.az

Oxşar Xəbərlər