Dünya

Pakistanın paytaxtında məsciddə partlayış: Ölənlərin sayı artdı

06 Feb 2026, 15:18 2 baxış
Pakistanın paytaxtında məsciddə partlayış: Ölənlərin sayı artdı
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Pakistanın "Dawn" qəzeti rayon administrasiyasının rəsmisinə istinadən məlumat verib. "Paytaxtda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb", - deyə məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl 10 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər