Kriminal
Bakıda müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
Bakıdakı "İdrak" liseyində şagirdin müəlliminə odlu silahla xəsarət yetirməsi ajiotaja səbəb olub. Şagirdin yetkinlik yaşına çatmayan şəxs olduğunu nəzərə alsaq, ona hansı cəza veriləcəyi cəmiyyətdə müzakirə mövzusudur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Arzu Alıyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20-ci maddəsi cinayət məsuliyyətinə cəlbetmənin yaş həddini müəyyən edir və həmin maddənin tələbinə görə, cinayət törədərkən 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir: "On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmaya və s. cinayətlərə görə məsuliyyət daşıyır. Deməli, qanunun məzmununa görə, əgər həmin məktəblinin 14 yaşı tamam olubsa və istintaq xəsarətin dərəcəsinin az ağır və ya ağır olduğunu müəyyən edərsə, belə halda həmin məktəbli AR CM-nin 126 və ya 127-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. 126-cı maddə üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı nəzərdə tutur, bu maddədə alternativ cəza yoxdur. 127-ci maddə isə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur". * Müəllimi güllələyən şagirdlə bağlı fakt: Davranış problemləri olub Hüquqşünas əlavə edib ki, 16 yaşına çatmış şəxs ümumi əsaslarla məsuliyyət daşıyır: "Yəni o, cinayəti qəsdən törətsə də, ehtiyatsızlıqdan törətsə də, məsuliyyət daşıyacaq. 14 yaşı tamam olmuş, 16 yaşı tamam olmayan şəxs - yəni məktəbli - yalnız cinayəti qəsdən törətdikdə məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, 14-16 yaş arası şəxslər qəsdən törətmədikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmurlar. Bu yaş qrupuna aid şəxs yalnız cinayəti qəsdən törədibsə, məsələn, ağır və ya az ağır xəsarəti qəsdən yetiribsə, məsuliyyətə cəlb olunacaq. Amma 16 yaşına çatmış şəxs üçün fərq qoyulmur: cinayəti qəsdən də törətsə, ehtiyatsızlıqdan da törətsə, məsuliyyət daşıyır. Hər bir halda cəza təyin olunarkən bu amillər nəzərə alınır: şəxsin yetkinlik yaşa çatmaması, ilk dəfə cinayət törətməsi, məktəbli olması və davranışları. Bütün bunlar əsasında ona maddədə nəzərdə tutulmuş cəzadan az cəza verilə bilər. Xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün isə məhkəmə-tibbi ekspertizasının cavabını gözləmək lazımdır". Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdakı "İdrak" liseyində şagird müəlliməni güllələyib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Güllə yarası alan 28 yaşlı müəllimə Şəhla Kamilova xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Məhərrəm Əliyev

Mənbə
oxu.az