Digər

Rusiyaya görə baş nazirlə prezident “atışdı”

06 Feb 2026, 14:42 2 baxış
Rusiyaya görə baş nazirlə prezident “atışdı”

Estoniya Prezidenti Alar Karis və Baş nazir Kristen Mixal Rusiya ilə danışıqlar üçün AB-nin xüsusi nümayəndəsinin təyin edilməsi zərurətinə görə fikir ayrılığına düşüb.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


Məlumata görə, Karis mediaya müsahibəsində Rusiya ilə əlaqələri bərpa etmək üçün Avropanın xüsusi nümayəndəsinin təyin edilməsinə çağırmışdı. O, seçilmiş xüsusi nümayəndənin həm Rusiya, həm də Ukraynanın etibarını qazanan Avropanən böyük ölkəsindən olmasının vacibliyini də vurğulamışdı. Mixal da öz növbəsində Rusiya ilə birbaşa danışıqların yersiz olduğunu bildirmişdi, “çünki Moskvaya yalnız təzyiq işləyir”.


Agentlik qeyd edib ki, Karis daha çox simvolik bir vəzifə tutsa da, onun təklifinə mənfi reaksiya Baltikyanı ölkələrdə tabu halına gələn Rusiya ilə dialoqun bərpası ideyasına dair narahatlığı əks etdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər