Dünya

Kuril adalarının sahillərində güclü zəlzələ baş verib

15 Aug 2026, 12:32 1 baxış
Kuril adalarının sahillərində güclü zəlzələ baş verib
Seysmoloqlar Kuril adaları yaxınlığında 5.7 maqnitudalı yeraltı təkanlar qeydə alıblar. Zəlzələ Severo-Kurilsk şəhərində təxminən beş bal gücündə hiss olunub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından məlumat verilib. Yeraltı təkanlar Saxalin vaxtı ilə saat 11:43-də (Bakı vaxtı ilə 03:43-də) Severo-Kurilskdən 76 km cənub-şərqdə, 55 km dərinlikdə baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər