İdman

Azərbaycanın daha üç boksçusu Avropa çempionatına qələbə ilə start verib

15 Aug 2026, 13:00 3 baxış
Azərbaycanın daha üç boksçusu Avropa çempionatına qələbə ilə start verib
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir. Oxu.Az-ın Azərbaycan Boks Federasiyasına istinadən məlumatına görə, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər. Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək. Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb - 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Millinin üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq. Hər üç görüş avqustun 16-da keçiriləcək. Qeyd edək ki, çempionatın ilk günündə də millimizin üç boksçusu qələbə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər