Dünya

İki nəfərin ölümü ilə nəticələnən qəzadan sonra ABŞ-də "Apache" uçuşları dayandırıldı

15 Aug 2026, 12:44 2 baxış
İki nəfərin ölümü ilə nəticələnən qəzadan sonra ABŞ-də "Apache" uçuşları dayandırıldı
ABŞ Quru Qoşunları Texas ştatında baş vermiş qəza ilə əlaqədar olaraq "AH-64 Apache" helikopterlərinin təlim uçuşlarının dayandırıldığını elan edib. Oxu.Az xəbər verir ki, yayımlanan rəsmi açıqlamaya əsasən, ABŞ Quru Qoşunlarının komandanlığı qəzanın yaranma səbəbləri tam aydınlaşana qədər "AH-64 Apache" təlim uçuşlarının dayandırılması barədə göstəriş verib. Avqustun 12-də "Apache" helikopteri Texas ştatının mərkəzi bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində hava gəmisinin göyərtəsində olan hər iki şəxs həyatını itirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər