Dünya

Rusiyada generala qarşı sui-qəsd cəhdi edilib

06 Feb 2026, 11:46 2 baxış
Rusiyada generala qarşı sui-qəsd cəhdi edilib
Rusiyanın paytaxtı Moskva şəhərində ölkənin Müdafiə Nazirliyinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. Məlumata görə, atəş açılan general şəhər xəstəxanalarından birinə yerləşdirilib. "Rusiya Federasiyası İstintaq Komitəsi Moskvanın şimal-qərbində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) və 222-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) üzrə cinayət işi açıb", - deyə o bildirib. İstintaqın məlumatına görə, fevralın 6-da hələlik şəxsiyyəti məlum olmayan şəxs Moskvanın Volokolamskoye şosesində yerləşən yaşayış binasında kişiyə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər