Dünya

Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi dəyişdi - Yeni qərar

06 Feb 2026, 11:56 2 baxış
Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi dəyişdi - Yeni qərar
"Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi İslam Respublikasının nüvə proqramı məsələsi ilə məhdudlaşacaq". Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti Yaxın Şərq ölkələrindən birinin rəsmisinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ İranın ballistik raket proqramını, eləcə də Yaxın Şərqin ümumi təhlükəsizlik məsələlərini görüşün gündəmindən çıxarmağa razılıq verib. Mənbə bildirib ki, Vaşinqton bu şərtlərə Qətər, Səudiyyə Ərəbistanı və Omanın xahişi ilə razılaşıb. Eyni zamanda, qəzet qeyd edib ki, Yaxın Şərq ölkələri ABŞ-a yalnız diplomatik həll yolundan istifadə, güc tətbiqindən imtina etmək üçün təzyiq göstərirlər. Cümə axşamı günü "Al-Monitor" isə özəl mənbələrinə istinadən bildirib ki, İsrail hakimiyyəti ballistik raket proqramının aspektlərinin və digər regional təhlükəsizlik məsələlərinin ABŞ-İran danışıqlarının gündəliyindən çıxarılmasından ehtiyatlanır. İsrail rəsmiləri hesab edirlər ki, Vaşinqton danışıqlar zamanı Təl-Əvivin mövqeyini görməzdən gələ bilər. "Axios" portalı əvvəllər ABŞ-İran danışıqlarının fevralın 6-da Omanda keçiriləcəyini bildirmişdi. Yanvarın 26-da ABŞ prezidenti Donald Tramp Amerika Dəniz Qüvvələrindən ibarət nəhəng bir armadanın İslam Respublikasına doğru irəlilədiyini açıqlamışdı. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvi də daxil olmaqla ədalətli və bərabər bir razılaşmaya çatacağına ümid etdiyini qeyd etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər