Digər
ABŞ Sakit okeanda gəmiyə zərbə endirdi: 2 ölü - Video
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatları ilə məşğul olduğunu təsdiqləyib. Hücum nəticəsində gəmidə olan iki narkotik qaçaqmalçısı öldürülüb. ABŞ hərbi qüvvəsinə zərər dəyməyib”, - məlumatda bildirilib.
Qeyd edək ki, indiyə qədər ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 128 nəfəri öldürüb.
Mənbə
axar.az