Kriminal
Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb
Dünən Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə saat 12:30-da insident baş verib. 14 yaşlı uşağın sinif yoldaşı tərəfindən döyüldüyü iddia olunur. Xəsarət alan uşağın durumu ilə bağlı açıqlama verilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: "Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir". Məhərrəm Əliyev
Mənbə
oxu.az