Dünya
Tramp adı qarşılığında 16 milyard dollarlıq təklifə imza atmağa razıdır
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Nyu-Yorkda yerləşən "Penn" dəmiryol vağzalı və Vaşinqton ətrafındakı "Dalles" aeroportu onun şərəfinə adlandırılarsa, Hudzon çayının altından keçəcək yeni tunelin inşasını maliyyələşdirməyə hazırdır. Oxu.Az-ın məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb. Bildirilir ki, Ağ Ev rəhbəri sözügedən təşəbbüsü ötən ay Senatdakı demokrat azlığın lideri Çak Şumerlə müzakirəyə çıxarıb. İddialara əsasən, Tramp qeyd olunan nəqliyyat qovşaqlarının adının dəyişdirilməsi qarşılığında Nyu-York və Nyu-Cersi ştatlarını Hudzon çayı altından birləşdirəcək nəhəng "Gateway" infrastruktur layihəsinə təqribən 16 milyard dollar vəsait ayıracağını vəd edib. Mənbənin sözlərinə görə, Şumer Trampa cavabında belə bir qeyri-standart tələbi reallaşdırmaq üçün səlahiyyətinin olmadığını bildirib.
Mənbə
oxu.az