Digər

Rus ordusu niyə bu məntəqəni israrla istəyir? - Fedorenko

06 Feb 2026, 08:30 2 baxış
Rus ordusu niyə bu məntəqəni israrla istəyir? - Fedorenko

Rusiya qoşunları Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsinə çıxmağa çalışır.


Axar.az xəbər verir ki, bunu Ukraynanın 429-cu "Axilles" pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko deyib.


“Rusiya II Dünya müharibəsi dövrünün xəritələrindən istifadə edərək başa düşür ki, Barvenkovoya çıxmaqla Dneprdən Kramatorsk və Slovyanska gedən logistikanı bloklamaq mümkündür. Barvenkovo – düşmənin qışın sonu və yazın əvvəlinə qədər çatmaq istədiyi istiqamətdir”, – o qeyd edib.


Onun sözlərinə görə, Kreml hesab edir ki, bu qovşağın ələ keçirilməsi Ukrayna ordusunun təchizatında kritik problemlər yaradacaq:


“Eyni zamanda İzyum–Kramatorsk–Slovyansk avtomobil yolu atəş nəzarəti altındadır və hazırda mühəndislərimiz çox böyük iş görürlər – onu təhlükəsizlik dəhlizləri ilə bərkidir, düşmənin zərbələrindən sonra yol örtüyünü bərpa edirlər. Düşmən bu tapşırığı reallaşdıra biləcəkmi? Mənim fikrimcə – yox”.

Mənbə axar.az

Oxşar Xəbərlər