Dünya
Pulla xoşbəxtlik almaq olar? - Sərvəti 800 milyard dolları keçən İlon Maskdan maraqlı etiraf
"Pulla xoşbəxtliyi almaq olmaz". Oxu.Az xəbər verir ki, məşhur amerikalı sahibkar İlon Mask bu etirafı öz "X" hesabında paylaşıb. "O insan ki, "Xoşbəxtliyi pulla almaq mümkün deyil" deyib, nədən danışdığını həqiqətən yaxşı bilirdi", - deyə Mask paylaşımında yazıb.
Qeyd edək ki, İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub. Bildirilir ki, bu, onun özünə məxsus iki şirkətin "SpaceX" və "xAI" birləşməsindən sonra baş verib. Bu sövdələşmə biznesmenin xalis sərvətini 84 milyard dollar artıraraq rekord 852 milyard dollara çatdırıb.

Mənbə
oxu.az