Dünya

ABŞ Polşa Seyminin spikeri ilə əlaqələri kəsdi

06 Feb 2026, 02:24 2 baxış
ABŞ Polşa Seyminin spikeri ilə əlaqələri kəsdi
Vaşinqton Polşa Seyminin (parlamentin aşağı palatası) spikeri Vlodzimej Çajastı ilə bütün əlaqələri kəsmək qərarına gəlib. Buna səbəb kimi onun "ABŞ Prezidenti Donald Trampa yönəlmiş təhqiramiz ifadələri göstərilir". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfiri Tom Rouz "X" sosial şəbəkəsində yazıb. "Bu andan etibarən biz Seym spikeri Çajastı ilə heç bir münasibət, əlaqə və ya ünsiyyət saxlamayacağıq. Onun Prezident Trampa qarşı səsləndirdiyi qəbuledilməz və səbəbsiz təhqirlər Polşanın Baş naziri Donald Tusk və onun hökuməti ilə əla münasibətlərimiz üçün ciddi maneəyə çevrilib", - deyə paylaşımda vurğulanır. Daha əvvəl Çajastı ABŞ Konqresinin Nümayəndələr Palatasının və İsrail Knessetinin spikerlərinin Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər