Dünya
Donald Tramp: "Düşünürəm ki, bəlkə də cənnətə düşməliyəm"
ABŞ Prezidenti Donald Tramp cənnətə düşəcəyinə ümid etdiyini bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda çıxışı zamanı danışıb. "Yalançı media mənə heç vaxt ədalətli yanaşmır. Keçən dəfə çox yaxşı vaxt keçirdim. 60 min nəfərin iştirak etdiyi tədbirimiz var idi və mən cənnətə heç vaxt düşməyəcəyimi dedim. Mən sadəcə zarafat etməyə çalışırdım. Media nümayəndələri ilə istehza etmək olmaz, çünki sözlərinizi yazırlar və insanlar sonra bunu tamam başqa cür oxuyurlar. Əslində düşünürəm ki, bəlkə də cənnətə düşməliyəm. Yəni ideal namizəd deyiləm, amma ideal insanlar üçün olduqca çox yaxşı iş görmüşəm", - deyə Ağ Evin rəhbəri izah edib.
Mənbə
oxu.az