Dünya

Kanadada oğrular mağazadan qarət etdikləri məhsulları ehtiyacı olanlara paylayıblar

06 Feb 2026, 01:00 2 baxış
Kanadada oğrular mağazadan qarət etdikləri məhsulları ehtiyacı olanlara paylayıblar
Kanadanın Monreal şəhərində Robin Qud papaqları taxmış şəxslər ərzaq mağazasına basqın edib və oğurladıqları məhsulları qiymət artımına etiraz olaraq paylayıblar. Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir. Oğurluğa görə məsuliyyəti "Robins des Ruelles" adlı aktivist təşkilat üzərinə götürüb. Təşkilat bəyan edib ki, basqında təxminən 60 nəfər iştirak edib. Onlar sağlam qida məhsulları satan "Rachelle Bery" mağazasından ərzaq oğurlayıblar, sonra isə həmin məhsulları şəhərdəki "ictimai soyuduculara" paylayıblar. Təşkilat bu addımı ərzaq inflyasiyasına qarşı "siyasi akt" adlandırıb.
Kanadada oğrular mağazadan qarət etdikləri məhsulları ehtiyacı olanlara paylayıblar
Mənbə oxu.az

Oxşar Xəbərlər