Digər

Kuba ABŞ üçün təhdid yaratmır - Dias-Kanel

05 Feb 2026, 22:44 2 baxış
Kuba ABŞ üçün təhdid yaratmır - Dias-Kanel

Kuba ABŞ üçün təhdid yaratmır və onun hərbi doktrinası yalnız ölkənin müdafiəsinə yönəlib.


Axar.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransında bildirib.


"Hərbi doktrinamız başqa ölkəyə qarşı hər hansı təcavüzü qətiyyən nəzərdə tutmur. Biz ABŞ üçün təhdid yaratmırıq", - Prezident vurğulayıb.


O qeyd edib ki, Kuba hərbi sahədə digər ölkələrlə əməkdaşlıq edir, lakin onun ərazisində xarici bazalar yoxdur:


"Kubada bir qeyri-qanuni hərbi baza var, o da Quantanamodakı ABŞ bazasıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər