Dünya
ABŞ və Rusiya arasında kritik razılaşma: Nüvə silahları ilə bağlı "altı aylıq" qərar
ABŞ və Rusiya Strateji Hücum Silahları Məhdudlaşdırılması Müqaviləsinin şərtlərinə ən azı altı ay əməl etməyə razılaşıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Jurnalist qeyd edir ki, bu müddət ərzində potensial yeni saziş barədə danışıqlar aparılacaq. Qeyd edək ki, sözügedən müqavilənin müddəti fevralın 5-i gecə yarısı başa çatır. Müqavilənin müddətini rəsmi olaraq uzatmaq mümkün deyil. Sənəddə müddətin beş il uzadılması proseduru nəzərdə tutulsa da, tərəflər bu hüquqdan 2021-ci ildə istifadə ediblər.
Mənbə
oxu.az