Dünya

Rusiyada maraqlı oğurluq: 2,5 tonluq meteoriti Britaniyaya aparmaq istədilər

05 Feb 2026, 17:00 2 baxış
Rusiyada maraqlı oğurluq: 2,5 tonluq meteoriti Britaniyaya aparmaq istədilər
Gömrük əməkdaşları 2.5 tondan çox ağırlığı olan Aletay meteorit parçasının Rusiyadan Böyük Britaniyaya qanunsuz ixracının qarşısını alıblar. Oxu.Az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Gömrük Xidmətindən məlumat verilib. Qeyd olunub ki, meteorit Sankt-Peterburq limanında dəniz konteynerinin skanerdən keçirilməsi zamanı aşkar edilib.
Müəyyən edilib ki, parça Rusiyaya Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrindən birindən idxal edilib. Onu ixrac etməyə cəhd edərkən landşaft dizaynı üçün heykəl kimi təqdim edilib. Ətraflı yoxlama zamanı məlum olub ki, yükün mənşəyi və dəyəri bəyannamədə göstərilən məlumatlardan fərqlidir.
{{gallery}} Ekspertiza müəyyən edib ki, bu, Aletay meteoritinin nəhəng parçasıdır və onun dəyəri təxminən 323 milyon rubl (7 milyon manatdan çox) təşkil edir. Hadisə ilə bağlı "strateji əhəmiyyətli malların qaçaqmalçılığı" maddəsi üzrə cinayət işi açılıb. İstintaq davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər