Dünya

Ərdoğan ABŞ-İran qarşıdurmasından danışdı: "Müzakirələr davam edir"

05 Feb 2026, 15:22 2 baxış
Ərdoğan ABŞ-İran qarşıdurmasından danışdı: "Müzakirələr davam edir"
"Türkiyə bölgədə yeni bir münaqişənin qarşısını almaq, ABŞ ilə İran arasında gərginliyi azaltmaq üçün hər cür səy göstərir". Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ və İran mövcud məsələlərin diplomatik yolla həllinə sadiqdirlər və danışıqlar prosesi dayandırılmayıb:
"Regionun yeni münaqişə və xaosa sürüklənməsinin qarşısını almaq üçün iki ölkə arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu açıq şəkildə bildirmişik və bunu həmkarlarımıza çatdırmışıq. Hər iki tərəf diplomatiyaya qapı açmaq istəyir və bu, müsbət haldır. Həll yolu qarşıdurmada deyil, ortaq məxrəc tapmaqda və danışıqlardadır. Bu proses aktivdir və kəsilməyib". Ərdoğan Qəzza zolağında sülh planının həyata keçirilməsinə də toxunub: "Türkiyə Qəzza sülh planının düzgün həyata keçirilməsində, onun yenidən qurulmasında, bölgədə sülh və sabitliyin təmin edilməsində fəal rol oynayacaq. Biz sülhü yalnız kağız üzərində deyil, əməldə də müdafiə edirik. Atəşkəsin təmin edilməsi, humanitar yardımın göstərilməsi və Qəzzanın mülki əhalisinin qorunması üçün mümkün qədər tez tədbirlər görmək vacibdir. Türkiyə bunun təmin edilməsi üçün mümkün addımları atır".
Ərdoğan ABŞ-İran qarşıdurmasından danışdı: "Müzakirələr davam edir"
Mənbə oxu.az

Oxşar Xəbərlər