Dünya

Rusiya, Ukrayna və ABŞ 314 əsirin mübadiləsi barədə razılığa gəldilər

05 Feb 2026, 15:28 2 baxış
Rusiya, Ukrayna və ABŞ 314 əsirin mübadiləsi barədə razılığa gəldilər
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə keçirilən üçtərəfli danışıqlarda 314 əsirin mübadiləsi barədə razılıq əldə olunub. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, nümayəndə heyətləri beş aydan sonra ilk belə mübadilə barədə razılaşıblar. Uitkoff, həmçinin ABŞ, Ukrayna və Rusiyanın danışıqlar aparması üçün platforma təmin etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər