Dünya

Rusiya Almaniya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi

05 Feb 2026, 14:24 2 baxış
Rusiya Almaniya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi
Moskva Almaniyanın Rusiyadakı səfirliyinin diplomatik əməkdaşını arzuolunmaz şəxs ("persona non grata") elan edib. Oxu.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. "Fevralın 5-də Berlinin Moskvadakı diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Berlin tərəfinə Almaniya hökumətinin Rusiya səfirliyinin əməkdaşını "persona non grata" elan etmək barədə 22 yanvar 2026-cı il tarixli qərarı ilə bağlı qəti etiraz ifadə edilib. Vurğulanıb ki, rəsmi Berlin tərəfindən ona qarşı irəli sürülən kəşfiyyat fəaliyyəti ilə bağlı sübutsuz ittihamların heç bir əsası yoxdur və Almaniya hakimiyyət orqanlarının təhriki ilə ölkədə təbliğ edilən "casus maniyası" ruhunda uydurmadır. Rusiya tərəfi bunları qəti şəkildə rədd edir. Berlin tərəfinin hərəkətlərini Moskva diplomatik nümayəndəliyini Almaniyada nüfuzdan salmağa yönəlmiş aşağı dərəcəli təxribat kimi qiymətləndiririk. Berlin diplomatik nümayəndəliyinin rəhbərinə Moskvadakı Almaniya səfirliyinin diplomatik əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı nota təqdim edilib. Bu nota Almaniya hökumətinin sözügedən qərarına simmetrik cavabdır və ikitərəfli münasibətlərdəki yeni gərginliyə görə tam məsuliyyət daşıyır", - deyə nazirliyin məlumatda bildirilib.
Rusiya Almaniya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər