Siyasət
Deputat: "Azərbaycanın dominantlığı ilə Cənubi Qafqazın gələcəyində yeni bir səhifə açılır"
"Prezident İlham Əliyevin BƏƏ-yə budəfəki səfəri, Əbu-Dabidə keçirilən görüşlər, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatı Cənubi Qafqazda mövcud olan sülh prosesinin fonunda yeni reallıqların beynəlxalq birlik tərəfindən yüksək səviyyədə qəbul olunduğunu bir daha təsdiqlədi. Dövlət başçımız mərasimdə çıxışı zamanı bölgədə sülh şəraitinin hökm sürdüyünü növbəti dəfə bəyan etdi. Vaşinqton sammitində ABŞ Prezidentinin şahidliyi ilə sülh müqaviləsi layihəsinin paraflanmasının Azərbaycanın 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatında əldə etdiyi qələbəni daha da möhkəmləndirməyə xidmət etdiyi vurğulandı". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-BƏƏ Parlamentlərarası işçi qrupunun üzvü, deputat Nigar Məmmədova deyib.
O bildirib ki, Əbu-Dabidə keçirilən mükafatlandırma mərasimində cənab Prezident İlham Əliyev bu xüsusda ABŞ liderinin rolunu xüsusi vurğuladı: "Bu prosesdə, şübhəsiz, BƏƏ-nin də töhfəsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, 2025-ci ilin iyul ayında - Vaşinqton sammitindən əvvəl Ermənistan-Azərbaycan yüksək səviyyəli danışıqlarının son mərhələsi məhz Əbu-Dabidə baş tutub. Cənab Prezidentin təqdimat mərasimindəki çıxışı onu deməyə əsas verir ki, son 6 ay davamlı sülhə doğru irəliləyiş dövrüdür. "Biz təkcə Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmadıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, əməkdaşlığımız bu altı ay ərzində başlayıb" - deyə, dövlət başçımız qeyd edib. Yəni məhz Azərbaycanın iradəsi sayəsində son 6 ayda yeni bir sülh mərhələsi başlayıb. Bu gün ölkəmizin sülh istiqamətindəki təşəbbüskarlığı, Bakı ilə İrəvan arasındakı əlaqələrin hazırkı mərhələsi münaqişə vəziyyətində olan dövlətlər üçün də nümunədir. Cənab Prezident söylədiyi ki, bizim nümunəmiz uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı inamsızlığa baxmayaraq, sülhün mümkün olduğunu göstərir". "Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu, uzunmüddətli münaqişələrin dialoq və məsuliyyət vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Təsadüfi deyil ki, mükafatlandırma mərasimi ilə bağlı təbriklərdə də Azərbaycan Prezidenti Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi təqdim olunur. Beləliklə, Azərbaycanın dominantlığı ilə Cənubi Qafqazın gələcəyində yeni bir səhifə açılır" - deyə, deputat vurğulayıb. Mərahim Nəsib

Mənbə
oxu.az