Kriminal
Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var
Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb. Oxu.Az-ın məlumatın görə, hadisə fevralın 4-də axşam saatlarında baş verib. 2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub. Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az